Amerika və İran ikitərəfli danışıqlar aparıblar

Cenevrədə Amerika və İran ikitərəfli danışıqlar aparıblar. Amerikanı Dövlət katibinin müavini Vilyam Börns, İranı nüvə danışıqlarında əsas nümayəndə Seyid Cəlili təmsil edib.
Danışıqların təfərrüatı barədə heç bir məlumat verilmir.
Oktyabrın 1-də Cenevrədə İranla 6 superdövlətin danışıqları başlanıb. Müzakirənin əsas mövzusu İranın nüvə proqramıdır.