2016-cı ilin Olimpiadasına Madridlə Rio de Janeiro qaldı

2016-cı ilin olumpiya oyunlarının keçiriləcəyi namizəd şəhərlər arasında seçkinin ilk birinci turunda Çikaqo və Tokyo yarışdan kənarda qalıb.

İndi rəqabət Madridlə Rio de Janeiro arasında gedir. Yaxın saatlarda Beynəlxalq Olimpiya Komitəsi qalib şəhəri elan edəcək.

Bu gün səhər Danimarkada başlayan səsvermədən əvvəl ABŞ və Braziliyanın prezidentləri, Yaponiyanın baş naziri və İspaniya kralı Kopenhagenə gedərək öz namizəd şəhərlərinin seçilməsini müdafiə etmişdilər.