ABŞ-da daha 3 bank bağlandı

Birləşmiş Ştatlarda maliyə böhranına görə daha 3 bank bağlanıb.

Beləliklə il ərzində ölkədə iflas olmuş bankların sayı 98-ə çatıb.

Hazırda Birləşmiş Ştatlarda işsizliyin səviyyəsi 9.8 faizə çatıb.

Bu son 26 il ərzində rekord hədd hesab olunur.

Təkcə sentyabrda 260 mindən artıq adam iş yerini itirib.