KXCP sədrinin oğlu vəfat edib

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun oğlu Mircəlil Fəttayev oktyabrın 2-də 17 yaşında vəfat edib.

11-ci sinif şagirdi olan Mircəlil Fəttayev partiya qərargahı önündə qəfil ürək tutması nəticəsində vəfat edib.

Mərhum oktyabrın 3-də Fəttayevlərin yaşadığı Sumqayıt şəhərində dəfn edilib.