Yaşamaq üçün ən yaxşı yer Norveçdir

Dünyada yaşamaq üçün ən yaxşı yer Norveçdir. BMT-nin son məlumatında belə deyilir. Həmin məlumata görə, insanların ən yaxşı həyat səviyyəsi Norveç, Avstraliya və İslandiyada qeydə alınıb. Ən pis göstərici isə Niger, Əfqanıstan və Sierra Leonedədir.

BMT-nin İnsan İnkişafı İndeksi 2007-ci ilin göstəriciləri əsasında tərtib olunub. İnsanların rifahını əks etdirən göstəricilərə isə adambaşına düşən ümumi daxili məhsul, təhsil və orta ömür uzunluğu daxildir.