Partlayışı kamikadze törədib

Pakistanın paytaxtı İslamabadda BMT-nin Ümumdünya Ərzaq Proqramı ofisinin yaxınlığında partlayışı kamikadze törədib. Polisin məlumatında belə deyilir. Hadisə nəticəsində üç nəfər həlak olub. Onlardan biri təşkilatda çalışan İraq vətəndaşıdır. Çox sayda insan xəsarət alıb, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Partlayışa görə məsuliyyəti hələ ki heç kəs üzərinə götürmyib.

Pakistanın baş naziri Yusif Raza Gilani hadisəni pisləyib, hərtərəfli araşdırma aparmağa çağırıb.