İspan şairi Qarsia Lorkanın qəbrinin açılmasına icazə verilmədi

Məşhur İspan şairi Federiko Qarsia Lorkanın ailəsi onun qəbrinin açılmasına və meyidinin köçürülməsinə razılıq verməyib.
Qarsia Lorka 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlananda 38 yaşında öldürülüb və Qranada yaxınlığında bir neçə nəfərlə birlikdə qardaşlıq məzarında dəfn olunub.
Lorkanın ailəsi hesab eləyir ki, şairi müharibənin digər qurbanlarından ayırmaq düzgün olmazdı.