Gənc bloqqerlərin məhkəməsi davam edəcək

Oktyabrın 7-də gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edəcək.

Prosesdə ekspertlər də iştirak etməlidir. Son prosesdə bunu bloqqerlərin vəkilləri istəmişdi.

Gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.