İrana qarşı daha güclü sanksiya qoyula bilər

ABŞ İrana qarşı daha güclü sanksiya qoymağa hazırdır, əgər İranın mübahisəli nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlar uğursuz olarsa.

ABŞ-ın Maliyyə departamenti yanında terror və maliyyə casusluğu şöbəsinin müavini Stuart Levey Senatda çıxışı zamanı belə deyib.

O bildirib ki, ABŞ daha çox beynəlxalq dəstək almaq istiqamətində işləyir - əgər Tehran nüvə silahı hazırlamadığını sübuta yetirmək üçün addımlar atmazsa.

Eyni dinləmə zamanı Dövlət Katibinin müavinin Ceyms Steynberq də bildirib ki, yeni sanksiyalarla bağlı ABŞ-ın BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə danışıqlarında inkişaf var.