Türkmənistan Rusiyaya qaz verilməsini bərpa edəcək

Moskvayla Aşqabad Türkmənistandan Rusiyaya qaz verilməsinin bərpasıyla bağlı razılığa gəliblər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova xəbər verir.

Bu ilin aprelində qaz kəmərinin Türkmınistana aid hissəsində baş vermiş partlayışa görə Rusiyaya qaz verilməsi dayandırılmışdı.

Tərəflər buna görə günahı bir-birinin üzərinə atır.