Quantanamadakı həbsxananı bağlamaq çətin olacaq

Birləşmiş Ştatların ədliyyə naziri Erik Holder hesab edir ki, Quantanama bazasındakı həbsxananı nəzərdə tutulduğu vaxtda bağlamaq çətin olacaq.

Prezident Barak Obama 2010-ci il yanvarın 22-dək bu həbsxananın bağlanmasını göstəriş verib.

2001-ci ildə Birləşmiş Ştatlara hücumdan sonra yaradılmış bu həbsxanada hazırda 223 məhbus var.