İstanbulda yenə də polislə nümayişçilər toqquşub

Bu gün yenidən İstanbulda iqtisadiyyatın qloballaşdırılmasına qarşı çıxanlarla polis arasında toqquşma olub.

Polis nümayişi dağıtmaq üçün yenə də gözyaşardıcı qaz və sudan istifadə edib.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının İstanbulda keçirilən illik konfransı başa çatıb.