Anna Politkovskayanın həmkarı mükafat aldı

Qətlə yetirilən journalist Anna Politkovskayayla eyni qəzetdə çalışan Yelena Milaşına Human Rights Watch- hüquq müdafiə təşkilatının xüsusi mükafatına layiq görülüb. Novaya qazeta-nın əməkdaşı insane haqlarının qorunması sahəsində göstərdiyi xüsusi fəallığı, korrupsiyayla bağlı yazıları və həmkarı Politkosvskayanın qətlinin araşdırmasınada göstərdiyi fəallıqlara görə bu mükafatı alıb. Birma, Konqo və Efiopiyadan olan hüquq müdafiəçiləri də bu mükafata layiq görülüb.