Venesuelanın prezidenti Uqo Çaves deyib ki, Barak Obama Nobel sülh mükafatına layiq deyil. Uqo Çavesin fikrincə, Amerikanın hazırkı prezidenti Barak Obama öz sələfi Corc Buşun hərbi siyasətini davam etdirir və digər ölkələrlə sülh əlaqələri yaratmağa çalışmır.
Uqo Çaves həmçinin ilk dəfə bir kimsənin ümidlərini dilə gətirdiyi üçün mükafata layiq görüldüyünü bildirib.
Nobel Komitəsinin ötən həftə açıqlanan qərarına görə, Barak Obama beynəlxalq diplomatiyanı gücləndirmək səylərinə və insanlarla əməkdaşlığa görə dünyanın ən nüfuzlu mükafatına layiq görülüb. Xüsusilə Obamanın nüvəsiz dünyaya çağırışlarının yüksək qiymətləndirildiyi bildirilib.