Serj Sərkisyan Türkiyəyə gedir

Ermənistan prezidenti Serj Sərkisyan təsdiqləyib ki, bu həftə Türkiyəyə səfər edəcək. Serj Sərkisyan oktyabrın 14-də Bursada baş tutacaq Türkiyə-Ermənistan futbol matçını izləyəcək.

Bundan öncə Ermənistan prezidenti demişdi ki, Türkiyəyə o halda gedəcək ki, sərhədlər ya açılsın, ya da bu istiqamətdə hər hansı addım atılsın.


Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan xarici işlər nazirləri diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokolları imzalayıblar.