Avropa Şurası Ermənistan və Türkiyəni təbrik edir

Avropa Şurasının Baş Katibi Torbyörn Yaqland Ermənistan və Türkiyə hökümətlərini diplomatik münasibətlərin bərpa olunması və sərhədlərin açılması ilə bağlı razılaşma ilə əlaqədar təbrik edib.

T.Yaqland bəyanatında bu hadisəni həm iki ölkə arasında barışıq, həm də ümumumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmnəlndirəcək tarixi addım kimi dəyərləndirir:

«Heç kəsin şübhəsi yoxdur ki, bu razılaşmaların tam şəkildə tətbiqi üçün zamana və tərəflərin davamlı öhdəliyinə ehtiyac var. Avropa Şurası bu prosesə özünün təcrübəsi və Ermənistan və Türkiyə hökumətləri ilə tam əməkdaşlığı çərçivəsində dəstək verməyə hazırdır».