Onu həsrətlə gözləyirlər...Onunla tək-tək insanlar deyil, bütün xalqlar öyünürlər. O, pulla alınmır...pula da satılmır. Onu sadəcə elan edirlər. Elə bu vaxtlar... payızın ortalarında. Söhbət Nobel mükafatından gedir.
Onun adının Azərbaycana, daha dəqiqi, Azərbaycanın baş şəhərinə dəxli var. Onun dadının nə Azərbaycana, nə də onun baş şəhərinə dəxli var. O, Azərbaycanda çox arzulanır... amma onun Azərbaycana gəlişi Ondan deyil, Azərbaycandan asılıdır. Burada nəsə kəşf edilməli, nəsə yaradılmalı, nəsə tapılmalı, istər bəşər elminə, istər bəşər mədəniyyətinə, istər birgəyaşama, istərsə dünyada barışa nəsə verilməlidir. Söhbət Nobel mükafatından gedir.
Onu ötən yüzilin birinci ilindən tanıyırlar. Onu hər il deyil, hər gün, hər saat düşünürlər. Onu say-seçmələr bircə dəfə alırlar və ya onu bircə dəfə alıb say-seçmə olurlar. Söhbət Nobel mükafatından gedir.
AzadlıqRadiosunun «İz» proqramında dünyanın ən məşhur mükafatının izinə düşməyə qərar verdik. Nobel mükafatçıları haqqında kitablar silsiləsi hazırlayan filosof-araşdırıcı Etibar Əliyev bələdçimiz oldu. Söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz.
- Bu həftə (ötən həftə) Nobel həftəsi elan olunub. Nobel mükafatçıları barədə kitab yazan bir şəxs kimi, Nobel həftəsini izləməmiş olmazsınız. Nələr sevindirdi, nələr təəccübləndirdi?
- Açığı, təəccüblü hal olmadı. Nobel mükafatının prosedura qaydaları belədir ki, namizədlərin verilməsi həmişə nüfuzlu təşkilatlar və Nobel mükafatçıları tərəfindən olur və namizədlərin adı açıqlanmır. Laureatlar elan olunanda isə çoxları təəccüblənir. Məsələn Orhan Pamuk bu mükafatı alanda, yazırdılar ki, necə oldu ki, Abdaya, Filip Rota, Amos Oza verilmədi, ona verildi? Ancaq bir qədər keçəndən sonra əksəriyyət bu qənaətə gəldi ki, Nobel seçimində yanılmayıb. Bu ilki Sülh mükafatının Barak Obamaya verilməsi də birmənalı qarşılanmadı. Unutmayaq ki, Barak Obama prezident olmazdan öncə yazdığı xeyli kitabın müəllifi idi. O uzun mübarizə yolu keçib, yüksək intellektə malik şəxsiyyətdir. Onun inauqurasiya çıxışı, demək olar ki, Nobel nitqi kimi qiymətləndirilə bilər. Ədəbiyyat sahəsində Herta Müllerə verilməsinin bizə qəribə gəlməsinin sirri nədir? Biz onların əsərlərini rus dilində oxumağa məhkumuq. Herta Müllerin əsərləri isə o qədər tərcümə məktəbi, imkanları olan Rusiyada bircə dəfə çap olunub – «İnostrannaya literatura»jurnalının 2005-ci il 4-cü nömrəsində. Məlumatımız az olduğu üçün də təəccüblənirik və siyasi mənalar axtarırıq. Ancaq Nobel mükafatının tədqiqatçısı kimi, mən tam əminliklə deyə bilərəm ki, əgər A.Soljenitsının əsərləri olmasaydı, təkcə siyasi mövqeyinə görə ona ədəbiyyat üzrə Nobel verməzdilər. Bu məsələdə zamanın da rolu var. Zaman ötdükcə, hamı eyni fikrə gəlir ki, Nobel Komitəsi heç vaxt səhv etmir, həmişə ən yaxşıları seçir.
- Yeri gəlmişkən, Bu mükafat haqqında kitab yazmaq hardan ağlınıza gəldi?
- Şəxsi kitabxanamda Nobel bölümü var. Orda da 300-dən çox kitab. Bax, 1901-ci ildə ədəbiyyat üzrə mükafat alan Rene- Sülli Prüdomdan tutmuş, 2008-ci ilin laureatı olan Jan Mari Leklezionun əsərlərinə qədər mənim kitabxanamda tapa bilərsiniz. Qərara gəldim ki, kitab seriyası hazırlayım. 1-ci cild Ədəbiyyat üzrə, 2-ci cild Sülh üzrə, 3-cü cild Fizika-Kimya üzrə olsun. Tibb və iqtisadiyyat mənim sahəm deyil. AzadlıqRadiosu vasitəsi ilə bəyan edirəm ki, kim bu sahələr üzrə kitab yazmaq istəsə, ona kömək edə bilərəm. Həm ədəbiyyat baxımından, həm də məsləhət baxımından. Kitabları yazmaqda məqsədim odur ki, bu şəxsləri Azərbaycan cəmiyyətində tanısınlar. Mükafat nəyə görə verilib? Onların bioqrafiyasında hansı çalarlar üstünlük təşkil edir? Onların vətəndaş mövqeyi necədir? İlk və son əsərlərinin məzmunu nədən ibarətdir? Laureatların hətta Nobel nitqlərini də kitaba salmışam. Həmçinin ən yaxşı esseləri və ən maraqlı müsahibələri. Məqsədim odur ki, birincisi, əsl yazıçı və şairin kim olduğunu oxucuya çatdıra bilim. 2-cisi, Nobel Komitəsi doğrudanmı bu şəxslərin üzərində dayanmaqla düzgün seçim edib, həqiqəti müdafiə edib? Üçüncüsü isə, hər kəsin 20 il kitab toplamaq təcrübəsi olmadığı üçün, mən o kitabı öz vəsaitim hesabına çap etdirib Azərbaycan oxucusuna çatdırmaq istədim ki, o adamlar barədə məlumat ala bilsin. Almağa imkanı olmayanlara bağışlaya da bilərəm.
- Etibar bəy, bəlkə bir az mükafatın tarixinə baş vuraq? İlk dəfə nə vaxt, kimlərə verilib?
- Nobel mükafatı Alfred Nobelin 27 noyabr 1895-ci ildə etdiyi məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir. O öz vəsiyyətnaməsində göstərmişdi ki, mənə məxsus vəsait etibarlı şəkildə qorunmaqla elm sahələrinə verilsin. Elm sahələrinin adını da çəkmişdi--fizika, kimya, təbabət və ədəbiyyat sahələrinə. Ədəbiyyat sahəsindəki mükafatlar məhdud praqmatik dəyərlər daşıyanlara deyil, universal dəyərləri özündə birləşdirənlərə verilməli idi. Sülhün qorunub saxlanılması, müharibələrə son qoyulması üçün verilən ideyalara, silahlı qüvvələr arasındakı toqquşmaların səngiməsinə xidmət göstərən şəxslərə də mükafat ayrılmışdı. Maraqlıdır ki, Nobelin vəsiyyəti bir neçə dəfə pozulub. Nobel istəmişdi ki, mükafatlar həyatda olan adamlara verilsin. 1931-ci ilin ədəbiyyat üzrə laureatı olub - İsveç şairi Erik Karlfeldt - onu ölümündən sonra mükafatlandırıblar. Çünki namizədliyini ölümündən öncə sürmüşdülər. Ondan əvvəl bir dəfə alan ikinci dəfə ala bilməz yasağı da pozulmuşdu. Mariya Küri 1907-ci ildə kimya sahəsində, 1911-ci ildə isə fizika sahəsində Nobel almışdı. Amerika həkimi Pollinq bir dəfə kimya üzrə vitaminlərə aid kəşfinə görə, bir dəfə də Sülh sahəsində mükafata layiq bilinmişdi. Vəsiyyətnamə bir də 1969-cu ildə pozuldu. Komitə bu qərara gəldi ki, dünyada iqtisadiyyat sahəsində çox böyük kəşflər var, cəmiyyətin həyatını dəyişən yeni paradiqmalar meydana çıxıb. O üzdən də bu sahə üzrə mükafat ayırdı...
Ən maraqlı məqamlardan biri də odur ki, 1901-ci ildəki seçim çox düzgün və dəqiq olduğu üçün mükafatın nüfuzu qalxmağa başladı. Görün, o il kimlər Nobel almışdı? Fizika sahəsində Vilhelm Rentgen - adını verdiyi şüaların kəşfinə görə -həmin şüalar indi də təbabətdə istifadə olunur. Sülh sahəsində Anri Dünan--Qızıl Xaç Cəmiyyətini yaratdığına görə. Alman həkimi Emil Fon Berinq--tibb sahəsində difteriyanın müalicəsində zərdabın kəşfinə görə. Kimya sahəsində Yakob Vant-Hoff - kimyəvi dinamika və mayelərdə osmotik təzyiqin kəşfinə görə. Fransız şairi Rene Sülli Prüdom - əsərlərində ideal yönümü daha dolğun tərənnüm etdiyinə görə...
İlk addım dəqiq olduğu üçün sonrakı dövrlərdə çoxsaylı namizədlər ortaya çıxdı. Nobel mükafatının ən məhsuldar dövrü 11 Dünya Müharibəsindən sonrakı dövrdür. Bu dövrdə elmin bütün sahələrində ABŞ üstünlük qazanır. Son 20 ildə isə Amerika alimləri hər il bu mükafatı alanlar sırasındadır. Bu onu göstərir ki, artıq ABŞ-da elmi mərkəzlər formalaşıb. Dünyanın hər tərəfindən əsas beyin axını ora yönəlib və nəticədə kollektiv kəşflər, elmin kollektiv inkişafı önə çıxıb. Nəticədə, ABŞ elm sahəsində liderə çevrilib.
- Ötən il söz yayıldı ki, Azərbaycandan da bu mükafata namizədlər olacaq. Doğruydu, yanlışdı?
- Azərbaycandan qeyri mümkündür. Çünki elm-texnologiya, həmçinin alim potensialı elə səviyyədədir ki, inandırıcı deyil ki, inkişaf etməkdə olan ölkədə bu mükafatı qazanan olsun. Ola bilər ki, belə ölkədən olan vətəndaş hansısa tədqiqat mərkəzində işləsin və bu mükafatı alsın. Məsələn, akademik Kapitsa Kavendış laboratoriyasında çalışırdı. Landau da həmin laboratoriyada olmuşdu.
Ədəbiyyat sahəsini götürsək, bizim köhnə yazıçılar - sovet yazıçıları əsərlərinin dünya dillərinə tərcüməsinə fikir vermirdilər. Heç onların vətəndaş mövqeyi də mükafatın prosedura qaydalarına qətiyyən uyğun gəlmirdi. Hələlik gözləməliyik. Ancaq sülh sahəsində ola bilər. Çünki Ermənistan-Azərbaycan münaqişəsi var. İşğal olunan ərazilər var Azərbaycanda. Demokratiyanın inkişafına xidmət göstərən bir sıra işlərin görülməsi vacibdir - insan hüquqları, yoxsulluğun azaldılması, Ermənistanla Azərbaycan arasında daimi sülhün əldə edilməsi və s. Bu fəaliyyət ardıcıl aparılmalıdır. Namizəd olacaq şəxs bu sahədə çoxsaylı tədbirlər keçirməlidir, əsərləri çap olunmalıdır və s. Millət yalnız uzun mənəvi inkişaf yolu keçdikdən sonra, insan azadlığına hörmət, insan hüquqlarının bərqərar olunmasından sonra namizədliklər ortaya çıxa bilər. Bir də elmə səmimi münasibət olmalıdır. Elm «pripiska»nı sevmir. Bizdə laboratoriyalar yoxdur, universitetlərdə elmi tədqiqatların səviyyəsi yox dərəcəsindədir. Məktəblər zəifdir. Belə bir şəraitdə istedadlı bir şəxsin meydana çıxması, Nobelə iddialı olması qeyri-mümkündür.