Gənclər buraxıldılar

Müsavat gənclər təşkilatının üzvləri Ayaz Xəlilov və Əhəd Məmmədli

Metroda qiymətlərin artırılmasına və sosial problemlərə etiraz edən gənclər sərbəst buraxılıblar.

Bakıdakı «Hüseyn Cavid» parkında «Sosial repressiyaya son!», «Cibimizə girməyin!», «Tağı Əhmədova istefa!», «Metro xalqındır!» kimi şüarlar səsləndirən gənclərin aksiyası günorta saatlarında polis tərəfindən dağıdılmışdı. 11 gənc isə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26 və 27 saylı bölmələrinə aparılmışdılar.

Günün sonuna yaxın saxlanılanların hamısı cərimə və xəbərdarlıq edilməklə məhkəmə salonundan azadlığa buraxılıblar.

Yalnız 1 nəfərin - Vüsal Bacarın üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadığına görə onun məhkəməsi oktyabrın 14-ü saat 9-30-a qalıb.

Gənclər həm polis tərəfindən saxlanılarkən, həm də bölmədə zorakılıqlara məruz qaldıqlarını iddia edirlər.

HƏMÇİNİN OXU:

İstefa tələb edən gənclərin aksiyası dağıdıldı

Əhəd Məmmədli
Əhəd Məmmədli
ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev