Sizin brauzer HTML5-i dəstəkləmir
İki ölkənin prezidentlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü 40 dəqiqə çəkib.
Gül son bir ildə iki ölkə arasında münasibətlərin normallaşması yönündə çox böyük addımlar atıldığını, hüquqi zəmin hazırlandığını, sənədlər imzalandığını, bundan sonrakı prosesləri də bu zəmin üzərində irəlilətmək niyyətində olduqlarını deyib.
Hər iki tərəf verdiyi açıqlamada protokolların imzalanmasının asan olmadığını vurğulayıb.
Gül bildirib ki, “bir günə tarix yaratmaq mümkün olmur. Bu bir prosesdir”.
Keçən həftə İsveçrədə iki ölkə arasında iki protokol imzalanıb - münasibətlərin normallaşması və sərhədlərin açılması haqda.