Kişinyovda 20-dən çox adam xəsarət alıb

Kişinyovun mərkəzində partlayış zamanı 20-dən çox adam xəsarət alıb. Xəsarətlərin çoxunun kiçik olduğu bildirilir.

Partlayış oktyabrın 14-də axşam Moldova paytaxtının mərkəzi meydanında mərasim keçirilən zamanı baş verib. Moldovanlar «Şəhər Günü»nü qeyd edirmiş.

İlkin məlumatlarda partlayıcının qumbara olduğu deyilir.

Hadisəni kimin törətdiyi məlum deyil, araşdırma gedir.