Gəncədə pulsuz hüquqi xidmət göstəriləcək

ATƏT-in Bakı ofisi oktyabrın 15-də Gəncədə pulsuz hüquq xidməti təklif edən Hüquq Resurs Mərkəzini açıb.

Mərkəz həm də bu sahədə təlimlərin keçirilməsinə dəstək verəcək, kompüter, internet və kitabxana xidmətləri göstərəcək. Vəkillərin, hakim və prokurorların təcrübəsini artırmaq yönündə işləyəcək.

Bu ATƏT-in Azərbaycan regionlarında açdığı 3-cü mərkəzdir. Hüquq Resurs Mərkəzi Sumqayıt və Lənkəranda da fəaliyyət göstərir.