«Dövlət büdcəsi haqqında» MM-ə daxil olub

Azərbaycanın 2010-cu ilin «Dövlət büdcəsi haqqında» qanun layihəsi Milli Məclisə daxil olub

Bu barədə «APA»ya MM-in İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri deyib ki, layihə MM-ə yeni daxil olduğu üçün sənədlə ətraflı tanış olmayıb.

Z. Səmədzadənin sözlərinə görə, qanun layihəsi ilə bu günlərdə ətraflı tanış olacaq və sənəd yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılacaq.