Avropa iqtisadiyyatı üçün proqnozlar bədbinləşir

Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatları bu ilin sonuna qədər 6.3 faiz kiçiləcək. Avropa Yenidənqurma və İnkişaf Bankının son hesabatında belə deyilir.

Daha öncə bank daha optimist proqnoz verirdi - kiçilmənin ancaq 5.2 faiz oalcağını bildirirdi. Amma Keçid hesabatında Bank bildirir ki, bu ilin əvvəlindən regionda istehsalın kəskin şəkildə azalması proqnozları bədbinləşdirib.

Proqnoza görə 2009-cu ilin 3-cü rübündə iqtisadi artımın qeydə alınması durğunluğun bir çox ölkələrdə keçməsinə işarədir, amma gələn il güclü şəkildə inkişaf gözləmək yersizdir.