Əfqanıstanda seçkilərin 2-ci turu keçirilə bilər

Əfqanıstanda prezident seçkilərinin ikinci turunun keçirilməsi mümkündür. Əfqanıstanın ABŞ-dakı səfiri Taib Cavad belə deyib.

Bununla belə əlavə edib ki, seçki komissiyasından onda birbaşa məlumat yoxdur.

İlk dəfədir ki, ikinci turun keçirilməsi ehtimalını əfqan rəsmiləri dilə gətirir.

Avqustun 20-də keçirilən seçkilərdə prezident Həmid Kərzayinin qələbə qazandığı, bununla belə seçkidə saxtakarlıq olduğu bildirilirdi.

Seçkinin ikinci turu Kərzayi ilə sabiq Xarici İşlər naziri Abdulla Abdulla arasında keçirilə bilər.