Kütləvi qırğına görə 30 il həbs cəzası aldı

Bosniya məhkəməsi serb ordusunun keçmiş zabiti Milorad Trbici 30 il həbs cəzasına məhkum edib.

O Bosniya müharibəsi dövründə Serebrenitsa şəhərində müsəlmanların kütləvi qırğınında təqsirli bilinib.

Ekspertlərin rəyinə görə serb birləşmələri 1995-ci ilin iyulunda şəhəri götürərkən 8 minə yaxın müsəlman oğlan və kişini kütləvi öldürüb.