Pakistan ordusu talibançılarla döyüşdə 4 əsgər itirib

Pakistan ordusu bu gün talibançılarla döyüşdə 4 əsgər itirib, 12 əsgər isə yaralanıb.

Pakistanın hökumət qoşunları Cənubi Vəziristanda talibançılara qarşı irimiqyaslı hərbi əməliyyata başlayıb.

Əməliyata 30 mindən artıq canlı qüvvə, hərbi təyyarə və vertolyotlar cəlb olunub.

Talibançıların isə 10 min olduğu təxmin edilir.