Ziyalılar gələcəyi müzakirə ediblər

Момче маскирано во полицаец стои до споменикот шмизла на градскиот плоштад „Македонија“

Oktyabrın 18-də Bakının Novxanı qəsəbəsində bir qrup ziyalının görüşü keçirilib. “Azərbaycan - 2020” mövzusunda keçirilən konfransda Azərbaycanın görkəmli ziyalıları, dramaturqlar, rejissorlar, filosoflar, tarixçilər və politoloqlar iştirak ediblər.

Forumun təşkilatçıları bildiriblər ki, toplantı ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıların öz sözlərini açıq şəkildə ictimaiyyətə çatdırmaq zərurətindən doğub.

Görüşün təşkilatçısı - «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri politoloq Eldar Namazov deyib ki, konfransın 30-a yaxın iştirakçısı arasında Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Rövşən, elm xadimləri, tarixçi alimlər Eldar İsmayılov, Cəmil Həsənli, millət vəkiləri Elmira Axundova və Vahid Əhmədov, “Exo” qəzetinin və “Turan” agentliyinin rəhbərləri, politoloqlar, filosoflar olub.

Forumda ziyalılar Azərbaycandakı ictimai-siyasi proseslərə münasibətlərini açıqlayıblar, problemlərlə bağlı narahatlıqlarını bildiriblər.

“Biz həm ölkənin inkişaf perspektivlərini və eyni zamanda və o cümlədən, bu gün aktual olan Qarabağ məsələsi və Türkiyə-Ermənistan razılaşmalarından sonra regiondakı vəziyyəti müzakirə etdik”.

Görüş iştirakçıları tədbirdə kimin nə danışdığı barədə məlumatları açıqlamırlar. Amma Eldar Namazovun sözlərinə görə, bu, görüşün qapalı keçirildiyinə dəlalət etmir.

Onun sözlərinə görə, yaxın günlərdə forum iştirakçılarının ümumi bəyannaməsi açıqlanacaq, onlar cəmiyyətə müraciətlərini ünvanlayacaqlar.

Bu formatda görüşlərin davam etdirilməsi barədə də qərar qəbul olunub. Bundan sonrakı toplantıların cəmiyyət üçün daha açıq olacağı gözlənilir.