Taylandda partlayış nəticəsində 24 nəfər ölüb

Taylandda partlayış nəticəsində 24 nəfər ölüb. Məlumata görə, partlayıcı qurğu ölkənin cənubundakı Yala əyalətindəki bazarda saxlanılmış motosiklə quraşdırılıb. Yaralılardan üçü əsgərdir.

2004-cü ildən bu yana Taylandın cənub əyalətlərində terror aktları nəticəsində ölənlərin sayı 4000-ə yaxındır.