İran 3 ölkəni terrorçularla əlaqədə ittiham edir

İranın inqilabi Qvardiyasının komandanı İrandakıl partlayışda Amerikanı, Britaniyanı və Pakistanı terrorçularla əlaqədə ittiham edib.

General-mayor Məhəmməd Əli Cəfəri deyib ki, hər 3 ölkənin kəşfiyyatlarının Cundullah qrupunun lideri Abdulməlik Riqi ilə əlaqəsi olub.

Amerika, Britaniya və Pakistan İranda İnqilabi Qvardiyaya intiharşı hücumda əli olmalarını inkar edir.

Həmin hücumda 42 nəfər ölüb.
Partlayışa görə məsuliyyəti Cundullah qrupu götürüb.