Türk əsgərlərinin abidəsinin üzərindən Türkiyə bayrağı götürüləndən sonra İlqar Məmmədov bu simvolu yaşadığı evin eyvanından asıb. Deyir, əgər bayraq asmaq qanunsuzdursa, gəlsinlər onun da eyvanından yığışdırsınlar.
Fikirlərini AzadlıqRadiosunun «İşdən sonra» proqramında açıqlayan politoloq, Respublikaçı Alternativ İctimai Birliyinin sədri İlqar Məmmədov deyir ki, Azərbaycan hökuməti bayrağı abidənin üzərindən götürməkdə səhv edib və bunu ona görə edir ki, hakim elitanın şəxsi maraqları başqa geosiyasi seçimə xidmət edir.
RUSİYA ALTERNATİVİNƏ DOĞRU
Politoloq Rauf Mirqədirovsa deyir ki, problem həm də Azərbaycan hökumətinin dünyadakı tendensiyalarla ayaqlaşmamasındadır:
«Dünyadakı tendensiya budur ki, dünya gücləri regional konfliktlərin tezliklə həll olunmasını istəyir. Azərbaycan hökumətinin sürəti isə dünyanın dəyişən gündəmi ilə üst- üstə düşmür və rəsmi Bakı sürətlə hərəkət edən qatarda əyləci dartmağa çalışan sərnişinə bənzəyir».
Millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Zahid Orucsa bu fikirləri bölüşmür. Onun fikrincə, Türkiyənin hazırkı rəhbərliyi bəlkə də bilməyərəkdən Azərbaycanı Rusiyanın təsir dairəsində olmaq alternativinə məcbur edir. Amma Zahid Oruc iddia edir ki, bu, Azərbaycan hökumətinin seçimi deyil.
Zahid Oruc Qərb qüvvələrinin transmilli neft şirkətləri vasitəsilə Azərbaycana təsir göstərmək istədiyini də dedi.
«BALANSİROVKA» PROBLEMİ
Politoloq Rəşad Şirin də belə hesab edir ki, balans üzərində qurulan Azərbaycan xarici siyasətinin 2008-ci ilin avqustundan sonra balansı pozulmuş bölgə siyasəti ilə ayaqlaşmamaq problemi var.
O ki qaldı Azərbaycan cəmiyyətinin məsələyə reaksiyasına, politoloqlar hesab edirlər ki, Azərbaycan cəmiyyətində ictimai rəyi hesablamaq çox çətindir, çünki siyasi azadlıqların olmaması bu rəyin də formalaşıb ifadə olunmasına çətinlik törədir.
TÜRKİYƏ HÖKUMƏTLƏ CƏMİYYƏT ARASINDA
Amma ekspertlərin Türkiyə hökumətinin Azərbaycan cəmiyyəti ilə əlaqəsini itirdiyi barədə də narahatlığı var. Rauf Mirqədirovun sözlərinə görə, Türkiyə hökumətinin Azərbaycanda müxalifət və QHT-lərlə təmaslarını azaltması, seçkilərlə bağlı Türkiyə müşahidəçilərinin verdiyi rəyin rusiyalı həmkarlarının rəyi ilə üst-üstə düşməsi və hökumətə birmənalı dəstək verməsi cəmiyyətlə əlaqələrin pozulmasına səbəb olub.
Türkiyəli və azərbaycanlı ekspertlərin, siyasətçilərin fikirlərinin səsləndiyi söhbəti audio-faylda dinləyə bilərsiniz.
MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN