Qamsaxurdiyanın ölümünü araşdıracaq deputat-istintaq komissiyası yaradıldı

Gürcüstan Sovet İttifaqının dağılmasından sonra ilk prezidenti olmuş Zviad Qamsaxurdiyanin müəmmalı ölümü ilə bağlı araşdırma aparmaq qərarı verib.

Keçmiş sovet əleyhdarı dissident və gürcü millətçisi Qamsaxurdiya 1993-cü ildə dünyasını dəyişib. Rəsmi versiyaya görə o özünə qəsd edib. Amma bəzi tərəfdarları hesab edir ki, onu öldürüblər.

Bu gün parlament onun ölümün əsl səbəbinin araşdırılması üçün xüsusi komissiya yaradılması barədə qərar qəbul edib.