Türkiyə Azərbaycana nota verdi

Xarici İşlər Nzirliyi gün ərzində notaya cavab hazırlayacaq

Oktyabrın 21-də Türkiyə Azərbaycana nota verib. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, rəsmi Ankara Azərbaycanda səfirliyə aid binanın üzərindən Türkiyə bayrağının endirilməsinə etiraz edir:

- Türkiyə Azərbaycandakı səfirliyinin istifadə etdiyi bir binanın qarşısından bayrağın endirilməsinə etiraz edir. İndi Azərbaycan Xarici İşlər Nazirliyi notada qaldırılan məsələ ilə bağlı araşdırma aparır. Gün ərzində uyğun cavab hazırlanacaq.

Oktyabrın 21-də səhər saatlarında Türkiyə səfirliyinin Dini İşlər Müşavirliyinin binası üzərindəki Türkiyə bayrağı endirilib.

Türkiyə səfirliyinin dini işlər müşaviri Müzəffər Şahin AzadlıqRadiosuna deyib ki, Türkiyə bayrağını bir neçə mülki şəxs endirib. Səbəblərlə bağlı nə müşavirliyə, nə də Türkiyə səfirliyinə hər hansı açıqlama verilməyib.

Mövzu AzadlıqRadiosunun «İşdən sonra» proqramında müzakirə olunacaq.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN