Oktyabrın 21-i Bakı növbəti Beynəlxalq Caz Festivalına qucaq açdı. Fərqli təşkilatçı ilə. İlk dəfədir ki, festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. «Niyə dövlət bu işi öz üzərinə götürmək qərarına gəldi?» sualına dəqiq cavab ala bilmədik. Ancaq adının çəkilməsini istəməyən keçmiş təşkilatçılardan biri sualımızı belə cavablandırdı: «İndi hər şey dövlətindir. Niyə Caz Festivalı da onun olmasın?».
Beynəlxalq festival oktyabrın 21-i Dövlət Filarmoniyasında açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın verdiyi bilgiyə görə, açılış konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri çıxış edəcək. Dirijor Fəxrəddin Kərimov, solistlər Emil Əfrasiyab oğlu (fortepiano) və Şükür Səmədov (klarnet) olacaq.
Festivala bir çox ünlü caz ifaçılarının qatılacağı gözlənilir. Xəbər boyunca onların adları və verəcəyi konsertlər açıqlanacaq.
Oktyabrın 22-də Caz Mərkəzində İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. İsfar səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynovla paylaşacaq. Yeri gəlmişkən, bilməyənlərə deyək ki, İsfar görkəmli opera müğənnisi, həm də «Leyli və Məcnun» operasında Məcnun rolunun ilk və əvəzsiz ifaçısı Hüseynqulu Sarabskinin nəticəsidir. İsfar və dostlarının konserti saat 19-a planlaşdırılıb.
Həmin gün saat 21:00-dan Caz Mərkəzi İsrailin «Jazzinq the Beatles» Hard Jazz Kniqhts qrupunun ixtiyarına veriləcək. Mədəniyyət və Turizm Nazirliyi sözçüsünün dediyinə görə, giriş sərbəstdir.
23 oktyabr Cəmil Əmirovun və onun «Savab» qrupunun günü olacaq. Konsert saat 19-da Aktyor Evində baş tutacaq.
Həmin gün saat 21:00-da başqa bir məkanda - Fase Clubda «Jazzinho qrupunun konserti olacaq. Bu qrup tanınmış musiqiçiləri birləşdirir: Guida de Palma - vokal, Miquel Casais - zərb, Daniel Lima - fortepiano, Ciro Cruz - bass.
Fase Clubda oktyabrın 24-də məşhur «Dzihan@Kamien» duetinin konserti də gözlənilir. Konsert saat 23-ə planlaşdırılıb.
Ayın 25-i saat 20-də Rus Dram Teatrı «Riçard Bona» qrupunun (ABŞ) ixtiyarına veriləcək. Ulduz ifaçı Riçard Bonanı eşitmək istəyənlər konserti qaçırmasınlar.
Və nəhayət, oktyabrın 26-sı Beynəlxalq Muğam Mərkəzində ünlü cazmen Salman Qəmbərovun və onun «Bakustic Jazz» qrupunun konserti olacaq. «Can Bakı» proqramına müsahibə verən Salman Qəmbərov bu konserti Hindistanın tanınmış mügənnisi dünya şöhrətli Vasumati Badrunati və İraq əsilli ABŞ vətəndaşı Əmir Əlsəffar ilə birgə keçirəcəklərini bildirdi. Salman bəyin dediyinə görə, Əmir Əlsəffar trubaçılandır, həm də santur ifaçısı.
Həmin gün daha bir konsert saat 21-də Caz Mərkəzində düzənlənəcək. Emil Əfrasiyab oğlu (fortepiano) və Mircavad Cəfərovun (ud) verəcəyi konsertə də giriş sərbəstdir.
Bakı Beynəlxalq Caz Festivalının yekun konserti oktyabrın 27-də saat 19-da Dövlət Filarmoniyasında olacaq. Konsertdə dünyaca ünlü «Branford MARSALIS» qrupu çıxış edərək Festivalı tamamlayacaq.