Tina Kaydanaunun səfəri başlayır

ABŞ Dövlət katibinin müavininin köməkçisi Tina Kaydanau oktyabrın 22-də Bakıya gəlir. Onun rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti institutları və biznes qurumlarının nümayəndələri ilə də görüşləri planlaşdırılır.

T. Kaydanaunun səfəri oktyabrın 24-dək davam edəcək.

Bu Kaydanaunun yeni vəzifədə Azərbaycana ilk səfəridir. O, bu postda Metyu Brayzanı əvəz edir.

Buna qədər amerikalı rəsmi Ermənistanda səfərdə olub.