Məktəbdə kütləvi zəhərlənmə

Oktyabrın 23-də Sumqayıt şəhər 38 saylı orta məktəbdə kütləvi zəhərlənmə olub. Şagirdlərin sözlərinə görə, iki nəfər məktəbə gələrək tənəffüsdə olan uşaqlara suxari və sərinləşdirici işçi paylayıb:

- Bir qadın və bir kişi qida məhsullarını reklam etdiklərini bildirdilər, uşaqların çoxuna həm suxari, həm də içkidən payladılar. Zəhərlənən uşaqların çoxu 5-ci sinif şagirdləridir. Onları Birləşmiş Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdiriblər.

2 saylı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında AzadlıqRadiosuna bildiriblər ki, 40-a yaxın uşaq xəstəxananın reanimasiya şöbəsinə zəhərlənmə diaqnozu ilə qəbul olunub.

Bir neçə saat sonra səhhətləri normallaşdığı üçün məktəblilər evə buraxılıb. Sumqayıt polisindən isə bildirirlər ki, faktla bağlı araşdırma aparılır.