İran rəsmisi deyir ki, Qərb Tehranı aldatmaq istəyir

Qərb ölkələri BMT-nin vasitəçiliyi ilə nüvə yanacağı təhcizatı məsələsində İranı aldatmaq istəyir.

Bunu İran parlamentinin sədri Əli Laricani İSNA agentliyinə deyib.

“Onlar bizə deyir ki, siz əvvəlcə zənginləşdirdiyiniz uranı bizə verin, biz isə əvəzində sizin reaktor üçün 20 faiz nüvə yanacağı verək və mən bu iki şey arasında əlaqə görmürəm” .

BMT-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə İran az zənginləşdirilmiş uranı xaricə göndərməli və orda bu uran daha da zənginləşdirilib yanacağa çevrildikdən sonra yenidən Tehrana qaytarılmalıdır.

İran gələn həftə bu təklifə rəsmi cavab verməlidir.