Bağdadda törədilmiş 2 partlayışda azı 38 adam ölüb

Son məlumatlara görə bu gün Bağdadda törədilmiş iki partlayış nəticəsində azı 38 adam ölüb.

Bəzi məlumatlarda isə ölənlərin 62 nəfər olduğu bildirilir.

Bağdadın mərkəzində - hokumət binalarının yerləşdiyi yaşıl zonada iki minalanmış maşın partladılıb.

Ədliyyə nazirliyi və başqa bir hökumət binasına zərər dəyib.

Bu terror aktlarına görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İraqın siyasi liderləri bu gün Bağdadda seçki haqqında qanuna düzəliş və əlavələri müzakirə etməliydilər.

Yanvarın 16-də İraqda ümummilli seçkilər keçirilməlidir.