Timoşenkonun prezidentliyə namizədliyi verilib

Ukraynanın baş naziri Yuliya Timoşenkonun prezidentliyə namizədliyi irəli sürülüb.

Onun namizədliyi dünən rəhbərlik etdiyi “Batkivşina” partiyasının qurultayında irəli sürülüb.

Baş nazir müavini və eyni zamanda Timoşenkonun partiyada müavini olan Aleksandr Turçinovun sözlərinə görə Kiyevdəki Müstəqillik meydanında keçirilmiş qurultaya 200 min adam yığışıb.

Ötən cümə günü isə Regionlar partiyası lideri Viktor Yanukoviçin namizədliyini irəli sürüb.

Ukraynada növbəti prezident seçkiləri gələn il yanvarın 17-də keçiriləcək.

Əsas mübarizənin Timoşenko ilə Yanukoviç arasında olacağı gözlənilir.