Radovan Karaciç bu gün Haaqa tribunalına çıxarılacaq

Bosniya serblərinin lideri Radovan Karaciç bu gün BMT-nin Haaqa beynəlxalq tribunalına çıxarılacaq. O, 11 müharibə cinayəti, o cümlədən Srebrenitsada soyqırım törətməkdə ittiham olunur.

Karaciç ona müdafiəsini qurmaq üçün kifayət qədər vaxt verilmədiyini əsas gətirərək, məhkəmənin ilk iclasında iştirak etməyəcəyini bildirib.