Pakistan İnqilab Qvardiyasının 11 üzvünü tutub

Pakistan İran İslam İnqilabı Keşikçiləri Korpusunun 11 üzvünü həbs etdiyini bildirir. Məlumata görə onlar bu gün sərhədi qanunsuz keçərək ölkəyə daxil olmaqda ittiham olunaraq tutulublar.

Bu hadisə İranda səkkiz gün əvvəl Keşikçilərin altı yüksək rütbəli zabiti də daxil olmaqla 42 nəfərin ölümünə səbəb olan partlayışdan sonra baş verir.

Tehranın iddiasına görə bu hadisəni Pakistanda fəaliyyət göstərən Jundullah ("Allahın döyüşçüləri") qrupu törədib.