Dövlət bayrağı meydanına daha 10 milyon manat verildi

Prezident İlham Əliyev Bakıda Dövlət bayrağı meydanında tikinti və abadlıq işlərinin sürətləndirilməsinə əlavə 10 milyon manat pul ayrılması üçün sərəncam imzalayıb. Sənədə görə bu pul Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə veriləcək.

Prezidentin 2007-ci il noyabrın 17-də imzaladığı sərəncamla Bakıda Dövlət bayrağı meydanı yaradılmalıdır. Meydan Bayıl qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qurulur.

“Mediaforum” saytının məlumatına görə 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılacaq dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə uzunluğu 70, eni 35 metr, çəkisi 350 kiloqram olacaq.