Pakistan hökuməti 11 iranlı hərbçini sərbəst buraxıb. Hərbçilər bir gün əvvəl sərhəddə tutulmuşdu. İranlıların sərhədi səhvən keçdikləri bildirilir.
Pakistanın Sərhəd Korpusunun sözçüsü Murtaza Baig deyib ki, ötən gecə ilkin araşdırma başa çatıb və məlum olub ki, iranlılar günahsızdırlar. “Biz onları ikitərəfli razılaşmaya əsasən İrana geri göndərdik. Onlar adi vətəndaşlardır”.
Həbs olunanlar İranın İslam İnqilabının mühafizəçiləri Korpusunun üzvləri olub.
Bu arada İran televiziyası bildirib ki, onlar sərhədçilər olub və qaçaqmalçıları izləyən vaxt həbs ediliblər.
Bu hadisədən bir həftə əvvəl İranın cənub-şərqində partlayış olub, 42 nəfər ölüb. Hadisəyə görə məsuliyyəti «Cundullah» adlı sünni qruplaşma öz üzərində götürüb.
İran bu qruplaşmanın Pakistanda yerləşdiyini deyir və lideri Abdulmalik Riqi İrana təhvil verilməsini istəyir.
Rəsmi İslamabad hadisəni araşdırmaq üçün İranla əməkdaşlıq edəcəyinə söz verib, amma Abdulmalik Riqin Pakistanda olmasını təkzib edib.