Çexiya məhkəməsi Lissabon müqaviləsinə baxır

Oktyabrın 27-də Çexiyanın Konstitusiya məhkəməsi Lissabon müqaviləsinin ölkə qanunlarına uyğun olub-olmadığını nəzərdən keçirəcək.

Şikayəti məhkəməyə 17 çex senatoru verib, müqavilənin ölkə suverenliyini pozduğunu deyir.

Çexiya Avropa Birliyinin yeganə üzvüdür ki, Lissabon müqaviləsini ratifikasiya etməyib.

Ölkə parlamenti müqaviləni təsdiqləsə də, prezident Vaçlav Klaus imzalamayıb.

Lissabon müqaviləsi - Avropa Birliyi idarəçiliyində islahatların aparılmasını nəzərdə tutur.