Keçmiş Fransa prezidentinin oğlu həbs cəzası alıb

Fransa məhkəməsi əslən Rusiyadan olan israilli milyoncu və keçmiş Fransa prezidenti Fransua Mitteranın oğlunu həbs cəzasına məhkum edib.

Onlar 1993-1998-ci illər Anqolada vətəndaş müharibəsi dövründə bu ölkəyə qanunsuz silah satışında təqsirli biliniblər.

Məhkəmə Arkadi Qaydamak və Pier Falkoneyə qiyabi olaraq 6 il həbs cəzası kəsib.