Təəssüfedici hal odur ki, insan haqları Obama hökuməti üçün yüksək prioritet deyil. Hökumət öz xarici siyasətinə bu istiqamətdə düzəliş eləməlidir, -
bu fikirləri Amerika Senatının Helsinki Komissiyasının sədri, senator Bencamin Cardin deyib.
Dinləmələrdə hökumət adından iştirak edən, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon cavab verib ki, hökumət insan haqları sahəsində çox iş görə bilər və onun fikrincə, prezident və Dövlət katibi lazım olan işləri görürlər də, xüsusilə Rusiyaya və keçmiş Sovet Respublikalarına münasibətdə.
Buna cavab olaraq Cardin deyib ki, məsələn, onu Qazaxıstanda insan haqlarının vəziyyəti narahat edir. Qazaxıstan isə gələn il ATƏTə sədr olacaq.
Cardinin fikrincə, Qazaxıstanın sədrliyi Qazaxıstanda insan haqlarının vəziyyətinə göz yumulmasına gətirməməlidir.
Qordon Cardinlə razılaşıb, ancaq deyib ki, burda başqa məntiq də var. Qazaxıstan sədr olmaqla dünyanın diqqət mərkəzinə çevrilir. Sədrlik həm də müəyyən öhdəliklərdir.
Ona görə gözləmək lazımdır.
Qordon Belarus haqda isə deyib ki, Amerika hökuməti burda insan haqları vəziyyətinin düzəlməsi istiqamətində iş aparır və irəliləyiş var.
Onun idarəsi bu irəliləyişdən sonra Lukaşenko hökumətinə bildirib ki, Amerika hökuməti dialoqa açıqdır.
Dinləmələrdə iştirak edən müdafiə nazirinin köməkçisi Aleksander Vershbou isə təklif edib ki, Rusiya ilə dialoqda aydın şəkildə bildirilməlidir ki, Rusiya Ukrayna və Gürcüstanla fikir ayrılıqlarını şişirtməkdənsə, problemləri qarşılıqlı anlaşma ilə yoluna qoysa yaxşıdır.
Dinləmələrdə Helsinki Komissiyasının sədri Cardin bir fikri də vurğulayıb. O, Amerika hökumətini ATƏT-in işində daha aktiv rol oynamağa çağırıb.
Cardin deyib ki, ATƏT-də Amerikanın maraqlarından da çox, beynəlxalq prinsipləri həyata keçirmək Vaşinqton üçün çox vacibdir.
Cardin ATƏT zonasında donmuş münaqişələri, Gürcüstan-Rusiya müharibəsini misal çəkib və deyib ki, Amerikanın güclü liderliyi olmasa, ATƏT prinsipləri getdikcə yox olub-gedə bilər.