Züqanov hesab edir ki, Rusiya dalana dirənib

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov ölkə prezidentini ictimai qüvvələrə arxalanmağa çağırıb.

Züqanov bu gün partiyanın qurultayında çıxış edərkən deyib ki, hesab edir ki, prezident Dimitri Medvedev “ Rusiya, İrəli ! ” məqaləsində ilk dəfə etiraf edib ki, ölkə dalana dirənib.

Züqanov həmçinin spirtli içkilərə dövlət monopoliyası və yüksək gəlirlərə vergi tətbiq edilməsi də daxil olmaqla, ölkə iqtisadiyyatının təkmilləşdirilməsilə bağlı bir sıra təkliflər irəli sürüb.