Bu gün Radovan Karaciçin məhkəməsi davam edəcək

Bu gün Bosniya serblərinin keçmiş lideri Radovan Karaciçin məhkəməsi davam edəcək. Onun bu dəfə də məhkəməni boykot edəcəyi gözlənilir.

İttiham aktında Karaciç 1992-1995-ci illərdə müsəlmanlara və xorvatlara qarşı aparılan etnik təmizlənməyə rəhbərlik etmiş şəxs kimi tanınır. O, soyqırımda, o cümlədən 1995-ci ildə Srebrenitsada 7 min müsəlmanın qətliamında ittiham olunur. Karaciç özü bu ittihamları rədd edir.