Ukraynada son bir həftədə 60 nəfər ölüb

Ukraynada son bir həftə ərzində tənəffüs yolu xəstəliklərindən 60 nəfər ölüb. Bundan sonra ölkə rəhbərliyi donuz qripinə qarşı mübarizə aparmaq üçün dünya dövlətlərindən kömək istəyib.

Prezident Viktor Yuşenko H1N1 virusuna qarşı dərman vasitələri və avadanlıqlar əldə etmək üçün ABŞ, Avropa İttifaqı, NATO və qonşu ölkələrə müraciət edib. Hələlik Polşa və Slovakiya Yuşenkonun müraciətinə cavab olaraq qoruyucu maskalar və Tamiflu preparatları göndərib. Ukrayna özü 16 ton Tamiflu sifariş verib.