Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə əsgər Orxan Səfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Orxan Səfərov bu ilin mayında Seyfəli poliqonunda 4 əsgərin qətlində, 1 əsgərin yaralanmasında ittiham olunur. Məhkəmə baxışı noyabrın 9-na təyin olunub.
Əsgərin yaxınları faciənin səbəbi kimi onun komandir tərəfindən təhqir olunmasını göstəriblər. Ekspertlərin fikrincə, faciə orduda nizamnamədən kənar münasibətlərin nəticəsi olub.