Qasırğa 14 nəfərin həyatına son qoydu

Vyetnamda Miranae qasırğasından ölənlərin sayı 14 nəfərə çatıb.

Tropik qasırğanın nəticəsində çayların daşdığına görə Phu Yen və Quanq Nqay əyalətlərində bir neçə şəhər 1 metrdən artıq su altında qalıb.

Qasırğa 150-dən çox evi dağıdıb, məktəblərin və başqa binaların damını uçurdub. 27 balıqçı qayığı batıb.